EN

Təşvişə düşməyin! Nazirlikdən ÇAĞIRIŞ

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Pirəkəşküldə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Modern.aza Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
10
modern.az

10Sources