EN

"Zirə" "Qəbələ" ilə oyuna 4 itki ilə çıxacaq - AÇIQLAMA

Misli Premyer Liqasının 2-ci turunda "Qəbələ"nin qonağı olacaq "Zirə" səfər oyununa tam heyətlə çıxa bilməyəcək.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:

"Heyətdə cəzalı futbolçu yoxdur. Əvəzində 4 zədəlimiz var. Anar Bayramov, Brahim Konate, Abdulaziz Batibie və Vinsent Till zədə səbəbindən mövsümün startını buraxırlar".

"Qəbələ" - "Zirə" qarşılaşması bu gün, avqustun 25-də keçiriləcək. Oyunun start fiti saat 19:00-da səsləndiriləcək. 

"Zirə" ilk turda "Araz-Naxçıvan"la 1:1 hesablı bərabərliklə kifayətlənib.

Mirağa

Chosen
7
1
fanat.az

2Sources