EN

Naxçıvan–Bakı–Naxçıvan istiqamətində reyslərin sayı artırılıb

Naxçıvan-Bakı-Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq bu addımı atıb.
 
Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə "biletim.az" platforması vasitəsilə əldə edə bilərlər.
Chosen
42
5
moderator.az

10Sources