AZ

Naxçıvan–Bakı–Naxçıvan reysi ilə bağlı AÇIQLAMA

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan-Bakı-Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır:

"Ətraflı məlumat və biletləri muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan və www.biletim.az platformasında əldə edə bilərsiniz".

Bildirilib ki, Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi istiqamətində faliyyətini davam etdirir.

Seçilən
65
9
day.az

10Mənbələr