EN

Ebereçi Eze “Arsenal”da – 69 milyon avroluq transfer!

İngiltərə millisinin və “Kristal Pelas”ın hücumameyilli yarımmüdafiəçisi Ebereçi Eze bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən xəbər verir.

“Topçular” bu transferi 69,25 milyon avroya rəsmiləşdiriblər. 27 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.

Ebereçi Eze futbola elə “Arsenal”da başlasa da, sonradan “Fulhem”, “Ridinq” və “Milluol” kimi klubların da aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Yarımmüdafiəçi peşəkar karyerasına KPR-də başlayıb. O, bu klubda olarkən “Uikomb Uonderers”də icarədə də oynayıb. “Kristal Pelas” Ezeni 2020-ci ilin yayında KPR-dən 17,8 milyon avro müqabilində heyətinə cəlb etmişdi. Yarımmüdafiəçi geridə qalmış 5 il ərzində bu komandanın heyətində 169 oyuna çıxıb, 40 qol vurub, 28 məhsuldar ötürmə müəllifi olub.

Əslən Nigeriyadan olan Eze İngiltərənin U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2023-cü ilin iyun ayında əsas millidə debüt edib. Yarımmüdafiəçi İngiltərə millisinin heyətində 12 oyuna çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Chosen
82
20
arena.az

10Sources