EN

Rumıniya Ukraynaya 23-cü hərbi yardım paketini təqdim edəcək

Rumıniya Ukraynaya növbəti 23-cü hərbi yardım paketini yaxın zamanda təqdim edəcək...

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Kiyevdə Rumıniyanın müdafiə naziri Liviu-Ionut Moșteanu ilə görüşdən sonra özünün “Facebook” səhifəsində məlumat verib.

Ukraynalı nazir Rumıniyanın əsas istiqamətlər üzrə ciddi dəstəyinə görə təşəkkürünü bildirib.
“Rumıniya F-16 təyyarələri üçün ukraynalı pilotların təlimini davam etdirir və hava hücumundan müdafiə sistemimizin qurulmasına digər mühüm töhfələr verir”, – o qeyd edib.

Şmıqalın sözlərinə görə, görüşdə hava müdafiə qüvvələri arasında koordinasiyanın gücləndirilməsi razılaşdırılıb.

Poliqon.info

Chosen
16
5
poliqon.info

6Sources