Kardioloqlar ürək çatışmazlığının dünya üzrə ölüm səbəbləri arasında ilk sıralarda yer aldığını bildirirlər.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xəstəliyin yaranmasına əsasən aşağıdakı amillər təsir göstərir:
-Yüksək təzyiq və xolesterin – uzun müddət nəzarətsiz qalan arterial hipertenziya ürək əzələsini zəiflədir.
-İşemik ürək xəstəliyi – damarların daralması nəticəsində ürək qanla kifayət qədər təmin olunmur.
-Piylənmə və şəkərli diabet – metabolik pozuntular ürəyin işinə mənfi təsir göstərir.
-Pis vərdişlər – siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə də əsas risk faktorları sırasındadır.
Mütəxəssislər bildirirlər ki, xəstəliyin qarşısını almaq üçün sağlam həyat tərzi mühüm rol oynayır. Bunun üçün:
-Qidalanmada duzun və yağın miqdarı azaldılmalı;
-Hər gün 30 dəqiqəlik yüngül fiziki aktivlik həyata keçirilməli;
-Siqaretdən və alkoqoldan uzaq durulmalı;
-Qan təzyiqi və şəkər mütəmadi olaraq nəzarətdə saxlanılmalıdır.
Həkimlər həmçinin qeyd edirlər ki, ürək çatışmazlığı əlamətləri – nəfəs darlığı, şişkinlik, tez yorulma kimi simptomlar aşkarlandıqda, dərhal kardioloqa müraciət edilməlidir.