EN

Güləş hakimi Badminton Federasiyasında müşavir oldu

Güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub. 

Yenisabah.az xəbər verir ki, o, Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.

Ə. Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir. 2010 - Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları, 2012 - London Yay Olimpiya Oyunları və 2014-cü ildə keçirilən Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlik edib.  pizza sifarişi

2012-ci ildə Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalı, Prezidentin Fəxri diplomu ilə təltif edilib.


Telegram kanalımız
Chosen
50
4
yenisabah.az

10Sources