AZ

Əjdər Cəfərov yeni vəzifəyə TƏYİN EDİLDİ

Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.
 

Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.


Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011–2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

2012-ci ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən güləş qaydalarının dünyada təbliğinə görə yüksək mükafata layiq görülüb.

2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.Bununla yanaşı, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında güləş yarışlarının beynəlxalq koordinatoru vəzifəsini icra edib.

Bizim.Media

Seçilən
33
4
bizim.media

10Mənbələr