EN

Qarabağ bir pillə irəlilədi, digər klublarımız gerilədi

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Avropada futbol klublarının yeni reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, siyahını "Eurotopteam" portalı tərtib edib. 395 klubun olduğu cədvələ Azərbaycanın dörd təmsilçisi düşə bilib. Bir pillə irəliləyən "Qarabağ" 254 xalla 60-cı sıradadır. Beş mövqe geriləyən "Zirə" 26 xalla 223-cü, 14 sıra itirən "Sabah" 10 xalla 298-cidir. "Neftçi" də reytinqdə geriləyib. 7 xalı olan "ağ-qaralar" 306-cı pillədən 318-ə düşüb. Qeyd edək ki, siyahıya İspaniya təmsilçisi "Real" (2161 xal) başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
sport24.az

1Sources