EN

Minasyan: Ermənistan-Türkiyə sərhədi açılmayacaq

BAKI, 25 avqust. TELEQRAF

“Yaxın gələcəkdə Türkiyə-Ermənistan sərhədlərinin açılacağını gözləmirəm”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Nelli Minasyan deyib.

Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasından sonra Ermənistan-Türkiyə münasibətlərində hər hansı irəliləyişin olub-olmaması ilə bağlı suala ekspert belə cavab verib:

“Hazırda heç bir irəliləyiş görmürəm, yaxın gələcəkdə də dəyişikliyin olacağı ehtimalı yoxdur. Sərhədlər bağlı qalmaqda davam edir”.

Chosen
20
2
teleqraf.com

3Sources