EN

Uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəSosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmətmüəssisələrinin üç sakini ali məktəbə daxil olub.

Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilib ki, agentliyin 1 saylı Uşaq evi sosial xidmətmüəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı XoreoqrafiyaAkademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakiniAyşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylıAilə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini ZakirAmid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsiadını qazanıblar.

Chosen
7
5
az.trend.az

6Sources