EN

Bu ərazidə qaz olmayacaq

Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

 

Bildirilir ki, diametri 159 mm-lik "Şəhər daşıyıcı" orta təzyiqli qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 26.08.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin bir hissəsində - F.Xoyski, Ç.Mustafayev, Şəhriyar, Ə.Kürçaylı, Ü.Hacıbəyov, Heyranxanım, Bül-bül, Əzizbəyov, N.Tusi, Rəsul Rza, M.Maqomayev, Xaqani, Natəvan, Əcəmi, F.Cavadov, Ş.Qurbanov, Nəsimi küçələrində, həmçinin 20 Yanvar küçəsində yerləşən 16, 17, 17 A bina, T.İsmayılov küçəsində yerləşən 1, 5, 17, 19 binalarında (ümumi 2801 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Tarix: 25 Avqust 2025, 17:39   
Chosen
12
8
pravda.az

10Sources