Sabah Şirvan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Sitat.info xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, diametri 159 mm-lik “Şəhər daşıyıcı” orta təzyiqli qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Şirvan şəhərinin bir hissəsində - F.Xoyski, Ç.Mustafayev, Şəhriyar, Ə.Kürçaylı, Ü.Hacıbəyov, Heyranxanım, Bül-bül, Əzizbəyov, N.Tusi, Rəsul Rza, M.Maqamayev, Xaqani, Natavan, Əcəmi, F.Cavadov, Ş.Qurbanov, Nəsimi küçələrində, həmçinin 20 Yanvar küçəsində yerləşən 16, 17, 17 A bina, T.İsamyılov küçəsində yerləşən 1, 5, 19, 17 binalarında (ümumi 2801 abonent) qaz təchizatı dayandırılacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.