EN

Bakıda yataqxanadakı yanğında ikisi qadın olmaqla, üç nəfər tüstüdən zəhərlənib



Bakının Nərimanov rayonunda yataqxanada yanğın olub.

Bu barədə Newscenter.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mehman Mehdiyev
Chosen
64
38
newscenter.az

10Sources