AZ

Nərimanovda yataqxanada YANĞIN - Zəhərlənənlər var - YENİLƏNDİ

25.08.2025-ci il tarixində saat 15:00 radələrində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

News24.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (2 qadın, 1 kişi) stresə qarşı kəskin reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

***

Bakı şəhərinin Nərimanov rayonunda yataqxanada yanğın olub.

News24.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilir ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.

 “Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda qeyd olunub.

Seçilən
99
36
news24.az

10Mənbələr