Rusiyanın Sverdlovsk vilayətində saxlanılan Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski hazırda Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib. O, yanında bir məhbusun da olmasını xahiş edib.
Mia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onunla görüşən Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov məlumat verib.