Dəmiryolu xəttinə çıxan sahibsiz heyvanları qatar vurur.
Bu ilin 7 ayında artıq 27 belə hadisə qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, ''Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib.
O deyib ki, hadisələr zamanı həm qatarlara zərər dəyir, həm də sərnişinlərin həyatı üçün risk yaranır.
MÉ™sÉ™lÉ™ tÉ™kcÉ™ maddi ziyanla mÉ™hdudlaÅŸmır. BelÉ™ hallarda heyvan sahiblÉ™ri dÉ™ inzibati qaydada mÉ™suliyyÉ™tÉ™ cÉ™lb edilirlÉ™r. Mal-qaranı sutkanın qaranlıq vaxtında vÉ™ ya mÉ™hdud görünmÉ™ ÅŸÉ™raitindÉ™ dÉ™mir yollarından nÉ™zÉ™rdÉ™ tutulmayan yerdÉ™n keçirmÉ™yÉ™ görÉ™ 80 manat mÉ™bləğindÉ™ cÉ™rimÉ™ nÉ™zÉ™rdÉ™ tutulub.Â
Bəxtiyar Hacıyev onu da əlavə etdi ki, sürü, mal-qara dəmiryol xəttindən təhlükəsiz keçirilmək üçün dəstələrə bölünməlidir.
Qeyd edək ki, heyvanlar vurulduqda qatara dəymiş zərər də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyəti tərəfdindən hesablanır və məhkəməyə müraciət edilir. Buna səbəb olan fermer aşkar edilir və o, dövlət əmlakına dəymiş zərəri ödəyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.