EN

Türkmənistan prezidenti ŞƏT in sammitində iştirak edəcək

ain.az bildirir, 525.az portalına istinadən.

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

525.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Çin Xalq Respublikasının xarici işlər nazirinin köməkçisi Lyu Binə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tədbirə 20-dən çox xarici dövlətin rəhbəri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri qatılacaqlar. Dövlət başçıları ŞƏT-in uğurlu təcrübəsini müzakirə edəcək, təşkilatın inkişaf istiqamətlərini müəyyənləşdirəcək, əməkdaşlığa dair konsensus əldə edəcəklər.

XİN rəsmisi vurğulayıb ki, Çinin ev sahibliyi edəcəyi beşinci sammit təşkilatın yaradılmasından bəri ən böyük sammit olacaq. Çin Sədri Si Cinpin liderlər və beynəlxalq təşkilatların rəhbərləri üçün qarşılama ziyafəti təşkil edəcək, həmçinin bir sıra tədbirlər keçiriləcək.

Si Cinpin Çin və iştirakçı ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi planlarını təqdim edəcək.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
525.az

1Sources