Sea Breeze

Əziz dostlar və partnyorlar,

Hər birinizə dərin təşəkkürümü bildirirəm. Bu gün o qədər insandan dəstək gördük ki, hadisənin nəticələrini belə unuda bildik. Partnyorlarımız, müştərilərimiz, peşəkar jurnalistlərimiz, əməkdaşlıq etdiyimiz şirkətlər – hər kəs bir şəkildə yanımızda oldu və öz dəstəyini göstərdi.

Supertoys ailəsində 450-dən çox əməkdaşımız çalışır. Şükürlər olsun ki, komandamızın hər biri sağ-salamatdır və bu, bizim üçün ən vacib məqamdır. Bu hadisə bizi daha da gücləndirdi və komandamızın gələcəkdə nail olacağı uğurları təsəvvür etmək belə həyəcanvericidir. Çünki bir şirkətin ən böyük gücü məhz onun komandasındadır. Burada əməyi olan hər kəsə təşəkkür edirəm.

Bizi ən çox kövrəldən isə balaca bir müştərimizin zəngi oldu. O, göz yaşları ilə bildirdi ki, valideyni artıq onun seçdiyi oyuncağı almayacaq, çünki evdə eşitdiyinə görə düşünmüşdü ki, Supertoys yanıb. Bu an bir daha dərk etdik ki, biz həyatda ən sadiq, ən cəsur və ən gözəl müştərilərlə işləyirik. Bu balacaları üzmək haqqımız yoxdur.

Ona görə də yenə də maraqlı məhsullarımız, münasib qiymətlərimiz, pozitiv xidmətimiz, animatorlu və kreativ çatdırılmamız, sürprizli layihələrimiz və bol sevgimizlə xidmətinizdəyik!

Səidə Fətullazadə
Supertoys MMC -nin İcraçı Direktoru

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX