EN

“Həbib dəstəsi ilə bir dəfə oteldə məni və ailəmi mühasirəyə aldı” - Şok açıqlama

Keçmiş UFC çempionu Toni Ferqyuson maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, rusiyalı sabiq MMA döyüşçüsü Həbib Nurməhəmmədovla arasında yaşanan gərginlikdən danışıb:

“Bir dəfə Həbib dəstəsi ilə məni və ailəmi oteldə mühasirəyə aldı. Bu, məni özündən çıxardı, çünki UFC ilə müqavilə imzalamazdan əvvəl mən desantçı xidmətində olmuşam. Həmişə xüsusi təyinatlılarda xidmət etməyə can atmışam, hərbçi olmağı arzulamışam və daim çevikliyimlə fərqlənmişəm. Mən başqa bir mühitdə böyümüşəm və siz məni bu tərəfimdən tanımırsınız.

Həbib və adamları bizi əhatəyə alanda mən o hərifin üzərinə getdim və dedim: “Rinqdə yalnız mən və sən olacağıq. Sənə heç kim kömək etməyəcək”.

Chosen
11
publika.az

1Sources