EN

Amerika lideri: Putinlə Zelenski bir-birlərini həqiqətən sevmirlər

BAKI, 25 avqust. TELEQRAF

Amerika lideri Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə mənfi münasibət bəsləyir.

Teleqraf xəbər verir ki, jurnalistlərdən birinin Putinin Zelenski ilə niyə görüşməyə həvəsli olmadığını soruşduqda Tramp belə cavab verib: “Çünki onu sevmir”.

Amerika lideri deyib: "Mənim xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən bəyənmədiyim insanlarla da görüşməyi xoşlayıram".

Tramp Putin və Zelenski haqqında danışarkən “Onlar bir-birlərini həqiqətən sevmirlər” deyib.

Chosen
59
2
teleqraf.com

4Sources