Bakıda 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü ilə sərnişin əlbəyaxa davaya çıxıb.
Səbəb sərnişinin ödəniş etməməsi olub. Xezerxeber.az-ın məlumatına görə, sərnişin kartı oxutmadan avtobusa minib, sürücü də bununla bağlı ona xəbardarlıq edib. Lakin sərnişin aqressiv reaksiya verib. Daha sonra tərəflər bir-birinə yumruq atıblar. Nəticədə sərnişinin halı pisləşib və ətrafdakılar ona yardım göstəriblər.
Baş vermiş hadisəyə polis müdaxilə edib. Hadisə ilə bağlı "BakuBus" MMC-nin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, müvafiq ekspertizalar təyin olunub.
Nazirlikdən o da bildirilib ki, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən qaydalara əməl etmələri tövsiyə olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.