EN

Tramp Kim Çen Inla görüşməyə hazır olduğunu açıqladı

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə ümid edir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evdə bir sıra yeni fərmanların imzalanması mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Biz nə vaxtsa görüşəcəyik. Mən həqiqətən buna hazıram", - deyə Tramp bildirib.

ABŞ lideri Kim Çen Inla çox yaxşı münasibəti olduğunu diqqətə çatdırıb.

Chosen
28
5
publika.az

9Sources