EN

Tramp: Qəzzada döyüşlər yaxın 2-3 həftə ərzində bitə bilər  

ABŞ Prezidenti Donald Tramp Qəzzada döyüşlərin yaxın həftələrdə bitə biləcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərin sualını cavablandırarkən deyib.

“Düşünürəm ki, yaxın 2-3 həftə ərzində siz olduqca inandırıcı nəticəni görə biləcəksiniz", - deyə Tramp bildirib.

O qeyd edib ki, nə vaxtsa bu məsələ həll olunacaq. “Bu bitməlidir, amma insanlar 7 oktyabrı unuda bilmirlər”,- deyə ABŞ Prezidenti əlavə edib. O, Benyamin Netanyahu ilə tez-tez əlaqə saxladığını vurğulayıb.

Chosen
28
7
azerbaijan-news.az

9Sources