EN

Günəşdə ard-arda partlayışlar - Yerə necə təsir edəcək?

  Bazar ertəsi Günəşdə üçüncü partlayış qeydə alınıb.

Referans xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, avqustun 25-də Moskva vaxtı ilə saat 18:18-də (Bakı vaxtı ilə 19:18) rentgen diapazonunda M1.2 sinfinə aid partlayış baş verib.

Qeyd edək ki, bu gün 2025-ci il iyunun 20-dən etibarən Günəşdə ən güclü partlayış olub. Onun maksimal şüalanması Bakı vaxtı ilə saat 9:24-də qeydə alınıb.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun məlumatlarına görə, partlayış M4.6 səviyyəsinə çatıb. Bu isə partlayışın müasir 5 ballıq sistem üzrə dördüncü kateqoriya aid olması deməkdir.

Alimlər bildirirlər ki, partlayışların ilk təsirləri Yerə avqustun 25-də axşam saatlarında təsir edə bilər, əsas təsir isə avqustun 26-da günün ikinci yarısında gözlənilir.  

Chosen
70
2
referans.az

10Sources