EN

Cənubi Koreya lideri Koreya yarımadasında nüvə silahına qarşı çıxıb

Koreya Respublikasının Prezidenti Li Çje Myon Koreya yarımadasında nüvə silahlarının yayılmaması rejiminin qorunmasının, o cümlədən Şimali Koreyanın nüvəsizləşdirilməsinin tərəfdarıdır.

"Report"un məlumatına görə, prezident bunu bazar ertəsi Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) forumunda çıxışı zamanı bildirib.

"Prezident Tramp və mən Koreya yarımadasında sülh və nüvəsizləşdirməyə nail olmaq üçün birlikdə işləməyə razılaşdıq. Koreya yarımadasında nüvə silahlarının yayılmaması ilə bağlı müqavilə çərçivəsində öhdəliklərə ciddi şəkildə əməl olunmalıdır", - deyə Li Çje Myon bildirib.

Avqustun 25-də Ağ Evdə Trampla danışıqlar aparan Li Çje Myon Koreya Respublikasının müqaviləyə əməl edəcəyini və yarımadanın nüvəsizləşdirilməsinə sadiq qalacağını təkrarlayıb.

Chosen
13
1
report.az

10Sources