EN

Goranboyda ağır yol qəzası: ölən və yaralanan var

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy–Naftalan yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü A. Həsənova hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü F. Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
31
4
apa.az

9Sources