EN

Tramp FED rəsmisini vəzifəsindən kənarlaşdırdı - SƏBƏB

ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı fərmanın mətnini "Truth Social"da paylaşıb.

"Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərib", - deyə Tramp bildirib.

Chosen
20
5
publika.az

10Sources