AZ

Tramp bu şəxsi vəzifəsindən azad etdi KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

KONKRET.az-ın məlumatına görə, Tramp müvafiq fərmanın mətnini “Truth Social”da paylaşıb.

“Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İiki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərib”, – deyə Tramp qeyd edib.

“İkinci öhdəliyi üzərinizə götürdüyünüz anda birinci haqqında məlumatlı olmamağınız ağlasığmazdır”, – deyə Tramp göstərib. O həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri potensial cinayət məsuliyyətinə səbəb ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
8
konkret.az

10Mənbələr