EN

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi layihə çərçivəsində Saatlıda seminar keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi “Muğan bölgəsində taxılçılığın inkişafına dəstək” layihəsi çərçivəsində 21.08.2025-ci il tarixində Saatlı rayonun rayonunun Kamallı kəndində seminar keçirib.

QHT.az xəbər verir ki, layihə rəhbəri V.Quliyev tədbirin açılışını edərək iştirakçıları salamlayıb və layihənin məqsədi barədə məlumat verib. Layihənin eksperti A.Adilov fermerləri taxılçılığın inkişafı quraqlığa və şoranlığa davamlı yeni taxıl sortları barədə məlumatlandırıb. Fermerlərə torpağın hazırlanması, səpin, gübrələmə, suvarma, alaq otlarına qarşı mübarizə və məhsul yığımı kimi aqrotexniki tədbirlər barədə geniş izahat verib.

O, Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılmış 19 növ taxıl sortunun, bunlardan 3 növünün bərk buğda, 12 növünün yumşaq buğda, 4 növünün isə arpa sortu olduğunu qeyd edib. Həmin taxıl sortlarının bölgələrdə toxumçuluq kimi istifadə edilməsi Respublikanın 50-60% taxıl toxumunu təmin edir.

Saatlı rayon DAİM-in aqronomları, mütəxəssisləri fermerlərə aqrotexniki qaydalar, müasir texnologiyalar,alaq otlarına, zərərverici həşarətlərə qarşı mübarizə və Regional Aqrokimya Laboratoriyaları  analizlər nəticəsində torpaqda hansı növ sortun  planlaşdırılması əkilməsi üçün tövsiyələr  veriblər.

Tədbir çərçivəsində fermerlər öz təsərrüfatlarında mövcud problemləri səsləndirərək müxtəlif təkliflər irəli sürüblər.

Sonda suallar cavablandırılıb, seminar iştirakçılar tərəfindən müsbət qarşılanıb və İctimai Birliyin əməkdaşları fermerlərə təşəkkürlərini bildiriblər.

Chosen
7
4
qht.az

5Sources