EN

Rubio Aİ XİN rəhbərləri ilə Ukrayna münaqişəsinin həllini müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı zamanı Ukrayna böhranının həllini müzakirə edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, söhbətdə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib.

Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Chosen
13
5
xezerxeber.az

7Sources