AZ

Rubio Avropa nazirləri ilə Ukraynanı müzakirə etdi

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Olaylar.az Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, danışıqlarda Ukrayna böhranının həlli müzakirə olunub.

Məlumata görə, söhbətdə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib. Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Söhbətin gündəliyi ilə bağlı başqa təfərrüatlar verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
5
olaylar.az

7Mənbələr