EN

ÇL: Pley-off mərhələsinin ilk üç qalibi müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşləri start götürəcək. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanacaq 3 komandanın adına aydınlıq gələcək.   

İlk qalibin adı Qazaxıstanda müəyyənləşəcək. Ötən həftə səfərdə "Seltik"lə bərabərə qalan "Kayrat" cütün taleyini evdə həll etməyə çalışacaq. 

Bundan başqa, ÇL-in sürpriz komandalarından olan Kipr "Pafos"u "Srvena Zvezda" (Serbiya), "Şturm" (Avstriya) isə "Budyo Qlimt" (Norveç) ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" sabah "Ferentsvaroş"la üz-üzə gələcək. Səfərdə macarlara 3:1 hesabı ilə qalib gələn "köhlən atlar"ın doğma meydanda baş tutacaq cavab görüşündə bu üstünlüyünü qorumağa çalışacaq. 

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust

20:45. "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:0.

23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 2:1.

23:00. "Şturm" (Avstriya) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 0:5.

Chosen
8
5
fanat.az

10Sources