İsveçin NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə ilə aparılan danışıqlar zamanı diqqətçəkən hadisə baş verib.
Modern.az-ın məlumatına görə, Stokholm Arlanda Hava Limanında isveçli diplomatlardan danışıqlara aid sənədləri tualetdə unudub.
Hadisə ötən il baş versə də, bu il gündəmə gəlib. Məlumat mətbuatda yayıldıqdan sonra İsveç ictimaiyyətində təhlükəsizlik məsələləri gündəmə gəlib. Sənədlərin İsveç Baş naziri Ulf Kristerssonun NATO üzvlüyü ilə bağlı Türkiyə ilə keçirdiyi görüşə aid qeydləri əhatə etdiyi bildirilir.
BaÅŸ nazirliyin MÉ™tbuat XidmÉ™ti mÉ™sÉ™lÉ™ ilÉ™ baÄŸlı açıqlama yayaraq sÉ™nÉ™dlÉ™rin hÉ™qiqÉ™tÉ™n unudulduÄŸunu tÉ™sdiqlÉ™yib. Bununla belÉ™, hÉ™min materialların “gizli” status daşımadığını vÉ™ É™lavÉ™ tÉ™hlükÉ™sizlik araÅŸdırmasına ehtiyac olmadığını vurÄŸulayıb.
Lakin İsveç mediası bu izaha şübhə ilə yanaşaraq sənədlərin həssas diplomatik məlumatlar ehtiva etdiyini iddia edib. Qeyd olunur ki, sənədlərdə dövlət sirri sayılacaq kəşfiyyat informasiyaları olmasa da, danışıqlar prosesinə dair detallı diplomatik qeydlər mövcuddur.