EN

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində işıq olmayacaq

Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"Azərişıq"dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpa işləri həyata keçiriləcək.

 

Qeyd olunanlarla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, Xutor yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 26 Avqust 2025, 09:47   
Chosen
6
18
pravda.az

10Sources