AZ

Binəqədi və Nərimanovda işıq olmayacaq

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

XəzərNews.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində avqustun 26-da təmir-bərpa işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, Xutor yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər 6 dəfə oxunub.
Seçilən
2
18
xezernews.az

10Mənbələr