EN

İslam ölkələrindən İsraillə bağlı çağırış: BMT-dən çıxarılsın!

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri (XİN) Şurası İsrailin BMT-yə üzvlüyünün nizamnaməyə uyğun olub-olmadığını daha ətraflı araşdırmağa çağırıb.

Aktual.az xəbər verir ki, bu barədə İƏT-in rəsmi saytında birgə bəyanat yayımlanıb.

"İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası İsrailin BMT üzvlüyünün bu təşkilatın nizamnaməsinə uyğun olub-olmadığını araşdırmağa çağırır.

Bu çağırış, İsrailin üzv olmaq üçün tələb olunan şərtləri aşkar şəkildə pozması və BMT qətnamələrinə davamlı olaraq məhəl qoymaması fonunda edilir.

Bundan əlavə, İsrailin BMT üzvlüyünün dayandırılması üçün koordinasiyalı səylər göstərilməlidir", – nazirlərin yekun bəyannaməsində bildirilib.

Chosen
14
3
ulusum.az

4Sources