EN

Tokayev Çinə gedir

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Szinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.
ONN media xəbər verir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT plus" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur.
Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Chosen
51
15
onn.az

10Sources