EN

Almaniyadan Ukraynaya fantastik dəstək: hər il 9 milyard avro verəcək

Vətəninfo.az xəbər verir ki, Almaniyanın maliyyə naziri və vitse-kansler Lars Klinqbeil Berlin Kiyevə hər il 9 milyard avro yardım edəcək.

“Ortamüddətli perspektivdə biz Ukraynaya 8,5 milyard avro hərbi yardımı, üstəlik əlavə vəsaiti təsdiqləmişik ki, yekun nəticə 9 milyard avro olacaq. Bu, təsdiq edilib”, – nazir əmin edib.

Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, Berlin müharibə zamanı Kiyevə 50 milyard avrodan çox vəsait köçürüb ki, bunun da təxminən 17 milyardı hərbi xərclər üçün olub. Almaniya ABŞ-dan sonra dünyada Ukraynaya dəstək verən ikinci, Avropada isə birinci olaraq qalır.

Chosen
5
veteninfo.az

1Sources