Konfranslardan sonra burda olunan məruzələr tez bir zamanda unudulur.
AzEdu.az xəbər verir ki, bu fikirləri “Kibernetika və İnformatikanın Problemləri” (PCI 2025) mövzusunda 6-cı beynəlxalq konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov bildirib:
“Kibernetika və informatikanın problemləri bu gün iqtisadiyyat, siyasət və cəmiyyətin bütün sahələrinə təsir göstərir. Belə bir mövzuda konfrans keçirmək isə böyük məsuliyyət tələb edir.
Tədbirdən sonra isə təqdim olunan məruzələrin unudulmaması, onların nəzəri və praktiki əhəmiyyətinin düzgün dəyərləndirilməsi və tətbiq olunması vacibdir”.