Bildirilir ki, Li Çenqanq Amerika paytaxtında olarkən ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri və ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşmək niyyətindədir. Biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.
Danışıqlar zamanı müzakirə olunacağı gözlənilən məsələlərdən biri də Çinin Amerika soyası almasıdır. Qeyd olunur ki, Çin tərəfi Amerika mallarının idxalı ilə bağlı öhdəliklər müqabilində Vaşinqtondan fentanilin paylanması probleminə görə ABŞ administrasiyasının tətbiq etdiyi 20 faizlik gömrük rüsumlarını ləğv etməyi tələb edəcək. Bundan əlavə, qəzet qeyd edir ki, Li Çenqanq, ehtimal ki, Çinə avadanlıq idxalında güzəştlər almağa çalışacaq. (Musavat.com)