EN

“Sədərək”dəki yanğınla bağlı cinayət işi açılıb

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda avqustun 24-25-də baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, cinayət işi FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə açılıb, istintaq gedir.

Xatırladaq ki, yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.

Chosen
25
10
ucnoqta.az

10Sources