"Karvan-Yevlax"ın vingeri Araz Abdullayev ailə həyatı qurur.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün subaylığın daşını atacaq.
Azərbaycan millusinin sabiq üzvünün toy mərasimi Bakı Əyləncə Mərkəzində baş tutacaq və saat 17:00-dan etibarən qonaqlarının üzünə açıq olacaq.
33 yaşlı yarımmüdafiəçi bu yay uzun fasilədən sonra elitaya qayıdan "Karvan-Yevlax"la anlaşıb. Təcrübəli futbolçu debütant ilə 1 illik müqavilə bağlayıb.
Mirağa