EN

Bakıda qızıl-zinət əşyaları və mobil telefonlar oğurlayan şəxslər həbs edilib

Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. 

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib. 
 
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.  
 
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Chosen
32
8
operativmedia.az

9Sources