Bakı. Trend:
Bakının Binəqədi rayon sakini polisə müraciət edərək, evindən 6000manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsininəməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməlitörətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isəpaytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəlibilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.