EN

Bakıda qızıl zinət əşyaları və mobil telefonlar oğurlayan şəxslər saxlanıldı

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. 

AZXEBER.COM xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.  

Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
8
azxeber.com

9Sources