EN

Azərbaycanla Britaniya arasında ticarət əməliyyatları 54,3%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Britaniya arasındaticarət əməliyyatlarının həcmi 886,3 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 335,7 milyon ABŞ dolları və ya 54,3% çoxdur.

Hesabat dövründə Almaniya ilə ticarət əməliyyatları Azərbaycanınümumi ticarət dövriyyəsinin 3,07%-i həcmində olub. Bununla daBritaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığıölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Britaniyaya 215,9milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 182,9 milyon ABŞ dolları və ya 45,8%azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında BritaniyadanAzərbaycana 670,4 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 518,4 milyon ABŞ dolları vəya 4,4 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanxarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25%çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın,13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illikifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

Chosen
25
5
az.trend.az

10Sources