Cənubi Qafqazda “3+3” formatı regional mübahisələrin həllində uğurlu təcrübədir.
Yenisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib.
O qeyd edib: “Cənubi Qafqaz ölkələri transregional müdaxilələrin qarşısını almaq üçün regional mexanizmləri gücləndirməlidirlər və İran bu istiqamətdə fəal iştirak edir”. pizza hut
Bəqai əlavə edib: “Cənubi Qafqazda “3+3” formatı tarixə malik bir çərçivədir. Bu format Azərbaycan və Ermənistanın da daxil olduğu region ölkələri ilə Cənubi Qafqazı əhatə edən dövlətlər arasında məsləhətləşmələr üçün yaradılıb. İndiyədək müxtəlif ölkələrdə çoxsaylı görüşlər keçirilib və ilk görüşlərdən biri də Tehranda baş tutub. Həmin mexanizm indiyədək xüsusən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regional platforma kimi özünü doğruldub”.
Telegram kanalımız