AZ

İran XİN: Cənubi Qafqazda “3+3” formatı uğurlu təcrübədir

Cənubi Qafqazda “3+3” formatı regional mübahisələrin həllində uğurlu təcrübədir.

Sitat.info  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

İran XİN rəsmisi deyib ki, “Cənubi Qafqaz ölkələri transregional müdaxilələrin qarşısını almaq üçün regional mexanizmləri gücləndirməlidirlər və İran bu istiqamətdə fəal iştirak edir”.

“Cənubi Qafqazda “3+3” formatı tarixə malik bir çərçivədir. Bu format Azərbaycan və Ermənistanın da daxil olduğu region ölkələri ilə Cənubi Qafqazı əhatə edən dövlətlər arasında məsləhətləşmələr üçün yaradılıb. İndiyədək müxtəlif ölkələrdə çoxsaylı görüşlər keçirilib və ilk görüşlərdən biri də Tehranda baş tutub. Bu mexanizm indiyədək xüsusən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regional platforma kimi özünü doğruldub”, - o qeyd edib.

Seçilən
39
6
sitat.info

3Mənbələr